QafqazTimes xəbər verir ki, Hizbullah hərəkatı “Əl-Nəbatiyyə” (Livanın cənubu) şəhəri və ətraf kəndə baxan ən yüksək təpədə yerləşən “Əl-Dəbşə” adlı keçmiş sionist bazası qarşısında 1994-cü ildə bu baza əleyhinə keçirilən əməliyyatın ildönümü münasibətilə böyük bayraq qaldırma mərasimi keçirib.
“Əl-Mənar” telekanalının xəbərinə görə, Livanın cənubunun işğalı zamanı bu bazadakı əməliyyat bu ölkənin cənubunun azad edilməsi və sionistlərin qovulması üçün bir müqəddimə idi.
1994-cü ildəki bu uğurlu əməliyyatda bir sıra Hizbullah döyüşçüləri sionist hərbi karvanını pusquya salaraq onları çoxlu sayda itkilərə məruz qoymuşlar.
Bu əməliyyatda səkkiz İsrail əsgəri öldürülüb və yaralanıb və Hizbullah döyüşçüləri bu hərəkatın bayrağını əl-Dəbşə bazasında sionist istehkamları üzərində qaldırmağa müvəffəq olmuşlar.