Keçmiş prezident həbs edildi – Korrupsiya ittihamına görə

Moldovanın sabiq Prezidenti İqor Dodon 72 saatlığına saxlanılıb.

Bu barədə Moldova KİV məlumat yayıb.

Moldova Baş Prokurorluğu ölkənin keçmiş Prezidenti İqor Dodonun evində axtarış aparıb.

Bunu Baş Prokurorluğun nümayəndəsi Marianna Kerpek deyib.

O bildirib ki, axtarışı Baş Prokurorluğun antikorrupsiya idarəsi ilə informasiya və təhlükəsizlik xidmətinin əməkdaşları həyata keçiriblər.

Xatırladaq ki, keçmiş prezident biznesmen Vladimir Platxotnyukdan rüşvət almaqda ittiham olunur.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi