Azərbaycanlı aktyor polislə atışma nəticəsində qətlə yetirildi: FOTO + VİDEO

Azərbaycanlı aktyor Kamran Dadaşzadə Türkiyənin İstanbul şəhərində baş verən silahlı insident nəticəsində həlak olub.

Hadisə şəhərin Fatih rayonu ərazisində baş verib. Belə ki, ötən gün iki qrup arasında çıxan atışma nəticəsində biri polis olmaqla 7 nəfər yaralanıb. Bunlardan biri də Kamran Dadaşzadə olub.

Təsadüf nəticəsində hadisə yerində olan K.Dadaşzadə baş nahiyəsindən güllə yarası alıb. O, dərhal xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Related posts

Dünyanı kim qarışdırır?

Afinada 2-ci dünya müharibəsindən qalmış yüzlərlə bomba tapıldı – FOTO

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçdu – VİDEO