Keçmiş lider 36 il sonra yenidən dəfn edildi – FOTO

Cümə axşamı Burkina-Fasonun paytaxtı Uqaduquda 36 il əvvəl hərbi çevriliş nəticəsində öldürülən ölkənin milli qəhrəmanı və keçmiş dövlət başçısı Tom Sankara və onun 12 silahdaşının qalıqlarının dəfn mərasimi keçirilib.

Burkina Fasonun milli bayraqları ilə örtülmüş tabutlar Sankara və hökumət üzvlərinin öldürüldüyü yerdəki xatirə mərkəzində dəfn olunublar.

Qeyd edək ki, Sankara və silahdaşlarının qalıqları 2015-ci ildə araşdırma məqsədilə çıxarılıb.

Xatırladaq ki,1983-cü ilin yayında hərbi çevriliş nəticəsində hakimiyyətə gələn Tom Sankara 1987-ci il oktyabrın 15-də Burkina Faso (keçmiş Yuxarı Volta) Nazirlər Şurasının iclası zamanı öldürülüb.

Related posts

250 metr hündürlükdə küləyin “oyuncağına” çevrildilər: Qorxulu görüntülər

Mobil telefon funksiyalarını dəstəkləməyən qeyri-adi smartfon təqdim olundu – FOTO

Öskürərək bədənindəki ən sərt sümüyü sındırdı – FOTO