Kaliforniyada üç gündə ikinci kütləvi qətl hadisəsi (Video izlə)

ABŞ-ın Kaliforniya ştatının Haf Mun Bey şəhərində silahlı insident baş verib.

Hadisə nəticəsində yeddi nəfər ölüb.

Şübhəli şəxs avtomobilini birbaşa polis bölməsinin dayanacağına sürüb. O, özü polisə təslim olub və həbs edilib. Onun avtomobilində tapança aşkar edilib.

San-Mateo dairəsinin şerifi Kristina Korpus bildirib ki, atəş açan şəxs 67 yaşlı Çunli Çjao olub. O, özünün çalışdığı iki kənd təsərrüfatı obyektində insanları güllələyib. Kristina Korpus həmçinin qeyd edib ki, şübhəli şəxs istintaqla əməkdaşlıq edir, lakin hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.

San-Mateo dairəsinin müfəttişi Rey Müllerin sözlərinə görə, hadisə nəticəsində çoxlu sayda ferma işçisi xəsarət alıb. Həmçinin atışma uşaqların gözü önündə baş verib.

Qeyd edək ki, üç gün əvvəl, yanvarın 21-də Kaliforniyada, Los-Ancelesdə yerləşən Monterey Parkında daha bir atışma baş verib. Hadisə nəticəsində 11 nəfər həlak olub. Daha sonra şübhəlinin cəsədi yük furqonunda tapılıb və onun bədənində güllə yarası olub. İlkin məlumatlara görə, Hu Kanq Tran adlı şəxs intihar edib.

Related posts

Mədinədə küçələrini sel basdı – VİDEO

Amerikada tüğyan edən tornadodan qorxulu görüntülər – VİDEO

Boynuna taxılan kamera ilə pişiyin birgünlük həyatı görüntüləndi – VİDEO