Kabilin Ərdoğana cavabı: Əfqanıstanın təhlükəsizliyi Əfqan təhlükəsizlik qüvvələrinin öhdəsindədir

Qafqaztimes xəbər verir ki, Əfqanıstan Prezident Sarayı, bu ölkədə təhlükəsizliyin təmin edilməsinin əfqan təhlükəsizlik qüvvələrinin əsas məsuliyyəti olduğunu bildirib.

Əfqanıstan Prezidentinin mətbuat katibinin müavini Lətif Mahmud, çərşənbə günü, “8 Sübh” qəzetinə verdiyi müsahibəsində, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın son açıqlaması barədə fikir söyləyərək deyib: “Əfqanıstanın hər qarış torpağının təhlükəsizliyini təmin etmək hökumətin, xüsusilə təhlükəsizlik və müdafiə qüvvələrinin vəzifəsidir.”

Mahmud əlavə edib ki, təhlükəsizlik qüvvələri son 20 ildə ölkəni müdafiə etdikləri kimi ölkənin ərazi bütövlüyünü qorumağa davam edəcəklər.

Mahmudun sözlərinə görə, Əfqan təhlükəsizlik qüvvələri diplomatik korpuslar və siyasi nümayəndəliklər də daxil olmaqla bütün ölkənin təhlükəsizliyini təmin etmək üçün xüsusi vəzifəyə və proqrama sahibdirlər.

Qeyd edək ki, Rəcəb Təyyib Ərdoğan bu yaxınlarda Türkiyənin beynəlxalq qüvvələrin geri çəkilməsindən sonra Əfqanıstandakı vəziyyəti idarə etmək üçün yeganə əlverişli ölkə olduğunu söyləmişdir.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya