Kabildə törədilən partlayışlarda ölən Amerika əsgərlərinin sayı 13 -ə yüksəldi

Qafqaztimes xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildə törətdilən partlayışlar nəticəsində ABŞ qüvvələri arasında ölənlərin sayı kəskin artıb.

Reuters agentliyinin ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, Kabildə baş verən iki partlayış nəticəsində ABŞ hərbi qüvvələri arasında itkilərin sayı 13 -ə çatıb.

Birləşmiş Ştatların Mərkəzi Komandanlığı (Centcom) komandiri general Kennet Mak Kenzi isə 11 dəniz piyadası və bir hərbi həkim də daxil olmaqla, Kabilda törədilən partlayışlarda ölənlərin sayının 12 olduğunu bildirib.

Qeyd edək ki, cümə axşamı Kabil Beynəlxalq Hava Limanı yaxınlığında törədilən iki partlayış nəticəsində ən azı 60 nəfər həyatını itirib, 120-dən çox adam isə yaralanıb.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!