“Kətaib Hizbullah” ABŞ-a: Bu dəfə cavab çox ağır olacaq

Qafqaztimes xəbər verir ki, İraq “Kətaib Hizbullah” müqavimət qrupunun sözçüsü Məhəmməd Muhyi çərşənbə günü ABŞ-ın son təcavüzünə dair xəbərdarlıq edib.

Əl-Qədir veb saytının verdiyi məlumata görə, o, deyib: “Amerika qoşunları dərhal İraqı tərk etməlidir. Əks təqdirdə bu dəfə cavab çox çətin olacaq.

“Məhəmməd Muhyi həmçinin deyib: “İraq xalqı onların İraqda olmasını qəbul etmir. ABŞ-ın təcavüzü əvvəlcədən planlaşdırılıb. ABŞ-ın İraqdakı fəaliyyəti İraqa xidmət etmək və ya təlim üçün deyil, İsrailin düşməncəsinə və düşünülmüş hədəflərinə çatması istiqamətində olan bir planıdır.”

“Kətaib Hizbullah” hərəkatıının sözçüsü belə əlavə edib: “ABŞ, ölkədəki siyasi vəziyyət üzərindəki hökmranlığını təcavüzkar İsrailin planlarına və siyasətinə xidmət edəcək şəkildə təmin etmək üçün İraqda qalmaq fikrindədir.”

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur

İsrail “Gideonun Arabaları” əməliyyatı zəiflədikcə şimal Qəzzadan qoşunlarını çıxarır