İİR-nın Radio və Televiziya təşkilatının prezidenti: Müqavimət mediaları ABŞ-ı zor tətbiq etməyə məcbur etdi

Qafqaztimes xəbər verir ki, İran İslam Respublikası Radio və Televiziya təşkilatının prezidenti Əli Əsgəri İslam Radio və Televiziyaları Birliyinin “Media Ədaləti və Söz Azadlığı” adlı 10-cu iclasında çıxış edib.

O, bu çıxışında deyib: “Amerikalılar, xüsusən də internet məkanında söz azadlığı barədə iddia edirlər. Lakin bu media qurumları o qədər təsirli idilər ki, onlar zor tətbiq etməyə və söz azadlığı şüarından əl götürməyə məcbur oldular. Amerikalılar bilməlidirlər ki, onların bu hərəkətləri zəiflik və ümidsizlik kimi qəbul olunur və müqavimət mediası hər zamankindən daha güclü olacaqdır.

Əli Əsgəri çıxışının davamında deyib: “ABŞ və müttəfiqləri tənəzzülə və müqavimət cəbhəsi isə yüksəlməyə və tərəqqiyə doğrudur. Ən başlıcası, ABŞ-ın bu hərəkətləri, xüsusən də amansız sanksiyaları səbəbindən Amerikaya nifrət hər zamankindən daha çoxdur və bu, Amerika hegemonluğunun ölümü, Amerika qüdrətinin sürətlə tənəzzülü deməkdir. Dünya və bölgə xalqlarının ona qarşı nifrətinin artması Amerikanın sonu yaxınlaşmaqdadır deməkdir. Çünki onlar özləri də bilirlər ki, bu gün artıq hökumətlər və millətlər zorla idarə edilə bilməzlər.”

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək