Kəşfiyyat sirləri daşıyan nüvə sualtı qayığında skandal görüntülər – FOTO

Böyük Britaniya Kral Donanmasının nüvə sualtı qayığı ilə bağlı skandal xəbər yayılıb.

Donanmada ikinci leytenant rütbəsində xidmət edən Qari Pattersonun (43) nüvə sualtı qayığında bir qadınla münasibəti olduğu ortaya çıxıb. 

Cütlüyün nüvə sualtı qayığındakı intim görüntüləri və çılpaq selfiləri mediaya sızıb. 160-dan çox kişi və qadına cavabdeh olan 27 illik leytenant Patterson donanmadan qovulma təhlükəsi ilə üzləşib.
Donanmadakı qaydalara görə, rəhbərlərin donanma gəmilərində hər hansı bir cinsi münasibətdə olması qadağandır. Həmçinin mühüm kəşfiyyat və təhlükəsizlik sirlərini daşıyan nüvə sualtı qayıqlarında şəkil çəkmək də qadağandır. Cütlüyün  foto və videolarıın yayılmasından sonra onlar barəsində araşdırmalara başlanılıb. Hər iki şəxsin donanmadan qovulma ehtimalı var.

Qeyd edək ki, bu, İngiltərə donanmasında baş verən ilk belə qalmaqal deyil. 2017-ci ildə kapitanın HMS Viqilant nüvə sualtı qayığında ikinci leytenantla cinsi əlaqədə olduğu üzə çıxıb.

Ötən il də bir leytenant və dənizçinin nüvə sualtı qayığında pornoqrafik görüntülər çəkdiyi müəyyən edilmişdi.

Related posts

Türkiyəli bərbər müştərilərinə havada xidmət göstərdi – VİDEO

Vulkanın kraterinə ildırım düşdü: Heyrətamiz görüntülər – ANBAAN VİDEO

Ağ Ev ərazisində insidet: Ölən var – FOTO/VİDEO