Kərbəlada fərqli bir xeymənin fəaliyyəti / İmam Hüseyn (ə) hərəminin günbəzi ilə foto

Ərbəin xeymələrinin hamısı zəvvarlar üçün yemək və gecələmək üçün yer hazırlamaq və ya maariflənmə işləri aparmaqla tanınır, lakin bu il İmam Hüseyn (ə) hərəminin qarşısında İmam Hüseyn (ə) əzadarları üçün xüsusi bir xidmət təklif edən fərqli bir xeymə quruldu.

İmam Hüseynin (ə) günbəzi ilə xatirə şəkli

Ərbəin zəvvarlarına xüsusi fotoqrafiya xidmətləri göstərən Mukəbul-musəvvirin adlı xeymə bir qrup media fəalları tərəfindən yaradıldı. Bu xeymənin xadimlərindən olan Saman Dərvişi deyir: “Bizim xeyməmiz, İmam Hüseynin (ə) zəvvarlarına xüsusi və bədii bir xidmət göstərmək hədəfi ilə İmam Hüseyn(ə) hərəminin Babur-rəca qapısı qarşısında və “Tehranlılar” hüseyiniyyəsinin damında fəaliyyət göstərir.”

Gündə 1000-1500 xatirə fotosu

Bu xeymənin gənc xadimləri zəvvarlar üçün uyğun bir yer yaradaraq onların günbəzlə fotosunu çəkirlər. Dervişi deyir: “Hər gün Kərbəla şəhərində zəvvarlar arasında 1000-1500 ​​arası fotoşəkil kuponu paylayırıq və elan olunur ki, 16:00 -dan sübh namazına qədər xeyməyə müraciət edərək günbəzlə şəkil çəkdirə bilərlər.”

Related posts

Qəzza…

Relsdən çıxan yük qatarı alovlara büründü – FOTO/VİDEO

Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi – VİDEO