Kəndirdə ən uzun gəzinti üzrə dünya rekordu (Video izlə)

Estoniyalı Yaan Rooze kəndir üzərində ən uzun gəzintiyə görə yeni dünya rekordu vurub.

Məlumata görə, o, Qətərdəki əkiz qüllələr (“Katara Towers”) arasında LED işıqlandırmalı 150 metrdən çox uzunluğu olan kəndirin üzərində hərəkət edib. Güclü küləyə baxmayaraq, kəndirbaz tarazlığını qoruya bilib.

Qeyd edək ki, bu gəzinti şəhər mühitində təkcə ən uzun deyil, həm də ən yüksək gediş olub. O, 185 metr hündürlükdə cəmi 2,5 santimetr qalınlığında olan kəndirin üzərində addımlayıb.

Related posts

Qorxu dolu anlar: Təyyarə gövdəsi üzərinə eniş etdi – FOTO/VİDEO

Üzümlərini şaxtadan qorumaq istəyən italyanlardan maraqlı üsul – VİDEO

İtləri boyayıb panda kimi təqdim etdilər – FOTO/VİDEO