Kəlbəcərdə tikilən tuneli indidən su basdı – Hələ istifadəyə verilməyib (Video izlə)

Kəlbəcərdə tikilən tuneli su basıb.

Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin inşa etdiyi tunel yağış sularına qərq olub. Belə ki, güclü yağış nəticəsində dağlarda əmələ gələn su tunelə dolub. Nəticədə iş dayanıb, əraziyə xeyli ziyan dəyib.

Sosial şəbəkə istifadəçiləri Dövlət Agentliyini məsuliyyətsizlikdə qınayıb. Qeyd edilib ki, ərazidə tikinti işlərini aparanlar vaxtında hesablama aparıb suyun istiqamətini dəyişsəydi, belə bir mənzərə ortaya çıxmazdı.

Həmin görüntüləri təqdim edirik:

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək