Kəlbəcərdə şiddətli atışma: Ölən və yaralananlar var – Rəsmi məlumat verildi

“Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”

Bu gün Azərbaycanla sərhəddə baş verən atışma nəticəsində Ermənistan ordusunun 1 əsgəri ölüb, bir neçə yaralı var.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan MN yaralıların sayının dəqiqləşdirildiyini bildirib.

Qeyd edək ki, Azərbaycan MN bu gün saat 12:00-dan etibarən düşmənin Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd etdiyini açıqlayıb.

“Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – rəsmi açıqlamada bildirilib.

Qeyd edək ki, Ermənisttan mediasında bu gün Kəlbəcərdə baş verən atışma nəticəsində ölən və çox sayda yaralanan erməni əsgərləri haqda xəbərlər yayımlanıb. Ermənistan MN isə dərhal mediayaya bu haqda xəbər yaymağı qadağan edib.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Yəhudilər qaçır!