Kəlbəcərdə vəfat edən əsgərimiz dəfn edilib (Video izlə)

Ötən gün Kəlbəcərdə elektrik cərəyanının vurması nəticəsində ölən əsgər dəfn olunub.

Ötən gün əsgər Əliyarov Riyad Məmməd oğlunun nəşi doğulduğu Xudat şəhərinə gətirilib, ailəsinə təhvil verilib.

Əsgərin atası Rusiyada olduğu üçün dəfn bu günə təyin edilib. R.Əliyarov Şıxməmməd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlu 13 iyun 2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində həlak olub.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir