Hayfa neft emalı zavodunda yanğın + Video

QafqazTimes xəbər verir ki, yerli mənbələr ötən gün (çərşənbə) işğal altındakı Fələstinin Hayfa limanında yerləşən neftayırma zavodunda yanğının baş verdiyini bildiriblər.

Məlumata görə, obyektdə baş verən yanğın uzaqdan görünüb və geniş tüstü sütunu ərazini bürüyüb.

Eyni zamanda, ibranidilli KİV-lər Hayfa neftayırma zavodunun qurğularından birinin kompressorunda problem yarandığını və bunun yanğına səbəb olduğunu yazıb.

İşğal olunmuş Fələstində BZN neft emalı zavodlarının sahibi olan sionist şirkət Hayfa obyektində baş verən insidenti təsdiqləsə də, neft emalı zavodunun bir hissəsində “qısa müddətli” nasazlığın yarandığını və bunun nəticəsində tüstü yayıldığını iddia edib.

“Haifanews” saytının məlumatına görə, bəyanatda Hayfa neft emalı zavodundakı qurğunun qısa müddət ərzində normal vəziyyətə düşdüyü və mütəxəssislərin qəzanın səbəblərini araşdırdığı iddia edilib.

İşğal olunmuş Hayfa Limanının Mühafizəsi Mülki Assosiasiyasının prezidenti Serit Qolan etiraz bəyanatında deyib: “Biz BZN Qrupunda ətraf mühitə ziyan vuran təkrarlanan qüsurlar toplusunu ciddi qəbul edirik və Ətraf Mühitin Mühafizəsi Departamentinin şirkətə qarşı kəskin tədbirlər görmək üçün topladığımız məlumatları nəzərdən keçirməsini gözləyirik.”

Related posts

ABŞ-ın əsil siması

Sionist rejim ABŞ-ın yeni hərbi yardımından narahatdır

Əbu Übeydə: Biz düşmənlə çox uzun sürən müharibəyə belə hazırıq