Kəlbəcərdə 20 nəfərin həyatını xilas edən əsgər mükafatlandırılıb (Video izlə)

Kəlbəcərdə 20 nəfəri son anda mina təhlükəsindən xilas edən əsgər Mərdəli Aşurov mükafatlandırılıb.

Müdafiə Nazirliyinin rəhbərliyi ona fəxri fərman və məzuniyyət verib.

Mərdəli Aşurov insanları mina təhlükəsindən xilas etdiyi anlar barədə danışıb.

Mərdəli Aşurov məzuniyyətə çıxaraq doğulub boya-başa çatdığı Qubanın Qımıl kəndinə yollanıb. Onun qəfil gəlişi ailəyə sürpriz yaşadıb.

86 yaşlı nənəsi Asya Aşurova deyir ki, Mərdəlini özü böyüdüb. Bildirib ki, onun uşaqlıqdan hərbiyə marağı böyük olub.

Qəhrəman əsgər Mərdəli Aşurovun atası Fərhad Aşurov isə oğlu ilə qürur duyduğunu deyir. Bildirir ki, onlarda vətən sevgisi tükənməzdir.

Xatırladaq ki, Kəlbəcərin Günəşli kəndində öz doğma evlərini ziyarət etmək istəyən 20 sakini istehkamçı əsgər Mərdəli Aşurov son anda ölümdən xilas edib. O, əraziyə tank əleyhinə mina basdırıldığını hiss edib və təhlükə barədə həmin şəxslərə xəbər verib. Nəticədə illərdir doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyən sakinlər ölümdən qurtulublar.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video