İtaliyada qırmızı təhlükə: 5 minə yaxın insan təxliyə edildi – FOTO/VİDEO

İtaliyanın şimalında güclü yağışlar səbəbindən 5 minə yaxın insan təxliyə edilib.

Bazar ertəsi axşam saatlarından İtaliyanın şimalında yağan güclü yağışlar sel və daşqınlarla nəticələnib, bu səbəblə Emiliya Romanyadan azı 5 min insan təxliyə edilib.

Təcili problemlərin həlli üçün 10 milyon avro vəsait ayrılıb.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər itkin düşüb. Müxtəlif şəhərlərin sakinləri evlərin damına çıxaraq xilasediciləri gözləmək məcburiyyətində qalıblar. Rayonda təhsil müəssisələri bağlanıb, qatarların hərəkəti dayandırılıb.

Bölgədə hava şəraitinin son (qırmızı) təhlükə səviyyəsi elan edilib. Bazar ertəsi axşamdan etibarən orada güclü yağış yağır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi