Azərbaycanda çağırışa gedən ambulans aşdı: Ölən və yaralananlar var (Video izlə)

Masallıda ambulansın qəzaya uğraması nəticəsində bir nəfər həlak olub, üç nəfər xəsarət alıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, mayın 17-də saat 13 radələrində Masallı şəhəri ərazisindəki dairəvi yolayrıcında rayonda fəaliyyət göstərən tibb müəssisələrindən birinə məxsus, S.Əhmədovun idarə etdiyi “Mercedes-Benz” markalı təcili tibbi yardım avtomobili ilə İ.Nurəliyevin idarə etdiyi “Ford Transit” markalı avtomobil toqquşub.

“Mercedes-Benz” markalı avtomobildə xəstə kimi aparılan F.Qurbanova xəstəxanada dünyasını dəyişib, sürücü və iki sərnişin isə müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Related posts

Sürətlə gəldi, üç avtomobili əzib ağaca çırpıldı – ANBAAN VİDEO

Azərbaycan nümayəndələri Britaniya kralına bahalı hədiyyələr verib – FOTO/VİDEO

Bakıda beşinci mərtəbədən yıxılan qadın sağ qaldı – VİDEO