İtaliya prezidenti İbrahim Rəisini təbrik edib

Qafqaztimes xəbər verir ki, İtaliya Prezidenti məktub göndərərək İranın yeni prezidenti İbrahim Rəisini təbrik edib.

İran İslam Respublikasının Romadakı Səfirliyindən verilən məlumata görə, Sergio Metatarla bu məktubda bildirib ki, İran və İtaliya arasındakı qədim dostluğun dayandığı möhkəm təməlləri nəzərə alaraq, iki ölkənin ortaq dəyərləri olan sülh və inkişafa uyğun olan faydalı əməkdaşlıqlar qura biləcəklərinə ümid edir.

Bu məktubda İtaliya prezidenti həmçinin özü və İtaliya xalqı adından İran İslam Respublikası xalqı və hökuməti üçün uğurlar və firavanlıq diləyib.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))