İsveçrə parlamentinin sədri: Bu gün İranın bölgədəki təhlükəsizliyi və nüfuzu azadlığı sevər millətlər üçün böyük bir şərəfdir

Qafqaztimes xəbər verir ki, tarixi abidələri ziyarət etmək üçün İranın Yəzd əyalətinə səfər edən İsveçrə Milli Məclisinin sədri Andreas Ayibi Yəzd valisi ilə görüşü zamanı bunları söyləyib: “İranlıların iranlı olduqları üçün qürur duymaq haqları vardır. Bu gün İranın bölgədəki təhlükəsizliyi və nüfuzu azadlıqsevər millətlər üçün böyük bir şərəfdir və iranlılar bunu yaxşı dərk ediblər.”

İsveçrə Milli Məclisinin sədri bu əyalətin valisi ilə görüşündə həmçinin deyib: “İran bazarları ilə bağlı təəssüratım buranın gözəl bir yer olmasıdır.”

O, Yəzd şəhəri haqqında bunları söyləyib: “Yəzdə səyahət etməzdən əvvəl bu şəhəri qədim və köhnəlmiş bir şəhər kimi tanıyırdım və bu səfər zamanı bu əyalətə baxışım dəyişdi və bu bölgənin fərqli imkanları ilə tanış oldum.”

“Siyasəti bir oyun olaraq görürəm” deyən Andreas Ayibi, siyasi yanaşma əvəzinə insani və mədəni bir yanaşma daha yaxşı və dinamik bir dünya yaradacaqdır, deyə qeyd edib.

Related posts

İsrail dünyada sülh üçün 1 nömrəli təhlükədir!

Franklin: Yəhudilər…

Yəhudilər…