İstanbulda həyat iflic oldu – İnsanlar çarəsiz qaldı (Video izlə)

Türkiyənin İstanbul şəhəri səhər saatlarından başlayaraq leysanın və daşqınların əsarətinə düşüb. Yolları, küçələri su basıb, nəqliyyatın hərəkətində problemlər yaranıb.

Ölkənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) təbii fəlakətlə bağlı sakinlərə xəbərdarlıq edib.

“İstanbulda güclü yağışın davam edəcəyi gözlənilir. Sel, şimşək, dolu, burulğan kimi hadisələrə qarşı tədbirli olmaq lazımdır”, – deyə məlumatda bildirilir.

Bundan başqa, ölkənin daha 17 vilayətinə leysan və daşqın xəbərdarlığı edilib.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO