İsrail təhlükəsizlik qüvvələri 14 yaşlı fələstinli qızı həbs etmişlər

Qafqaztimes xəbər verir ki, fələstinli mənbələr, 12 günlük müharibənin bitməsindən və Təl-Əvivin təhlükəsizlik tədbirlərini sərtləşdirməsindən sonra cümə axşamı Qüdsün Şeyx Cərrah məhəlləsində 14 yaşlı bir fələstinli qızın həbs edildiyini xəbər vermişlər.

“Fələstin Əl-Youm” xəbər agentliyi yerli mənbələrə istinadən İsrail qüvvələrinin 14 yaşlı qızı Şeyx Cərrah məhəlləsində məktəbdən evə qayıdarkən həbs etdiklərini xəbər verib.

Məlumata görə, 14 yaşlı Fələstinli qızın həbs olunmasının səbəbi kimi, sinif yoldaşlarının üzünə Fələstin bayrağı çəkdiyi qeyd edilmişdir.

Bundan öncə Fələstin KİV-ləri İsrail polisinin 12 günlük müharibədən sonra təhlükəsizlik tədbirlərini daha da gücləndirdiyini xəbər vermişdilər.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!