İsrailli ekspert: Ərəfə günün xətibi bir sionist şeyxi idi

QafqazTimes xəbər verir ki, Səudiyyə Ərəbistanındakı Məscidül-haram və Peyğəmbər məscidinin Baş İdarəsi bir neçə gün əvvəl Kibarul- Ulama (Böyük Alimlər) İdarə Heyətinin üzvlərindən biri və İslam Dünyası Birliyinin Baş katibi Məhəmməd bin Əbdül Kərim Ali İsanın Ərəfə günü duası və namazı üçün seçildiyini elan edib.

Ərəfə günü üçün Ali İsanın seçilməsi bir çox tənqidlərə səbəb oldu. Çünki o, müvəqqəti sionist rejimə dəstək verənlərdən biridir və bir çox ekspertlər onu Təl-Əviv-Riyad münasibətlərinin normallaşmasına zəmin hazırlayan bir şəxs hesab edirlər.

Bununla əlaqədar olaraq sionist rejimin 12-ci kanalında ərəb dünyası məsələlərinin təhlilçisi Ehud Yaari bu seçimə reaksiya olaraq deyib: “Ərəbistan İsraillə gələcək əlaqələri ilə bağlı impuls verib.”

Saudi Leaks xəbər saytı da Yaari-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu siqnalı İslam dininin ən müqəddəs yerində və İslamın ən böyük günündə xütbə oxumaq üçün bu sionist şeyxi seçərkən göndərib.

Səudiyyə Ərəbistanının Hərəmlər idarəsinin işinə beynəlxalq nəzarət şurası Ali İsanın seçilməsinə reaksiya olaraq, bu məsələnin İslam ölkələri tərəfindən geniş etirazla qarşılandığını vurğulayıb.

Bu təşkilatın məlumatına görə, Səudiyyə hakimiyyəti bu etirazlara əhəmiyyət verməyib və Məhəmməd Ali İsanın mərasimin xətibi olmasına praktiki olaraq mane olmayıb. Odur ki, Ər-Riyadın Ali İsanı seçməkdə israrlı olması onu göstərir ki, Ali-Səud hökmdarları iki milyard müsəlmanın müqəddəslərinə və hisslərinə məhəl qoymurlar.

Bu təşkilat, həmçinin vurğulayıb ki, Ali İsa xütbəsində qeyri-müsəlmanlarla qarşılıqlı əlaqələrdən danışdı, lakin Səudiyyə Ərəbistanında həbsdə olan heç bir müsəlman aliminin adını çəkmədi. Eləcə də o, müsəlmanların problemlərindən heç nə danışmadı.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur