İsrailin Lod şəhərində dəhşətli partlayış

QafqazTimes xəbər verir ki, Fələstin xəbər mənbələri işğal altındakı Fələstində yerləşən Lod şəhərində partlayış səsinin eşidildiyini bildiriblər.

Fələstinin “Sama” xəbər agentliyi işğalçı sionist rejiminin mətbuatına istinadən işğal olunmuş Qüdsün şimal-qərbində yerləşən Lod şəhərində partlayış baş verdiyini bildirib.

SAMA həmçinin bildirib ki, bu partlayışın səbəbi, itkilərin sayı və maddi ziyanlar barədə əlavə məlumat dərc olunmayıb.

İbrani və ərəb xəbər mənbələri noyabrın 12-də bildirmişdilər ki, Qəzzə ətrafında yerləşən sionistlərin “Kisofim”, “Əl-Əyn Əl-Salisə” və “Nirim” qəsəbələrində həyəcan siqnalları çalınıb.

Fələstin mənbələri bildiriblər ki, müqavimət döyüşçüləri Qəzza zolağından bu yaşayış məntəqələrinə raket zərbələri endirmişlər.

Bununla əlaqədar olaraq sionist rejim ordusu Fələstin müqavimətinin bir neçə gün ərzində sionist yaşayış məntəqələrinə 160 raket və mərmi atdığını elan edib.

Qeyd edək ki, bu hücumlar Fələstin müqavimət döyüşçülərinin son bir neçə ayda sionist hərbçilərinə və işğalçılara qarşı bir çox cihad əməliyyatları həyata keçirdiyi bir vaxtda təsadüf edir.

Related posts

İsrail dünyada sülh üçün 1 nömrəli təhlükədir!

Xristianlar İsa peyğəmbərin təhqirinə görə yəhudilərə nifrət edir!

Dostoyevski kimi dahilər də sionist yəhudilərə nifrət edir!