“İsrailin daxili problemi zamana bağlıdır”

Bir sionist yazıçısı yeni nazirlər kabinetinin radikal rəftarlarından nigarançılıq keçirdiyini bildirərək yazıb: İsraildə daxili çaxnaşma çox tezliklə müharibəyə çevriləcək, sadəcə zamana bağlıdır.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, bir çox rəsmi və qeyri-rəsmi şəxslərin xəbərdarlıqlarına baxmayaraq sionist rejimin iç problemləri daha dərinləşməkdədir.

Yazıçı-araşdımaçı Zio Smelinski Haartes qəzetində çap etdirdiyi məqalədə yazır: İsraildə hökmranlıq edənlərin rəftarı çox qorxuludur. Artıq bu rejimdə iç parçalanma başlayıb və bunun da sonu daxili müharibədir.

Xaricdə yaşayan və İsrailə yeni gələn Zmelinski yazır: Hamımız daxili müharibənin olmayacağını özümüzə qəbul etdirmək istəsək də vəziyyət faktiki olaraq bunun əksini deyir. İsraildə vəhdət yoxdur. Biz çoxdandır ki, bir-birimizin gözünü çıxarırıq.

Zmelinski sonda vurğulayıb: Sadəlövhlüklə işğalçı kimi yaşamağı seçməyimiz zəiflikdir. Yuxarı və aşağı təbəqəli insan olmaq da bizim seçimimizdir. Elə bu səbəbdən də öz vətənimizdə yadlaşmışıq.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur