İsraildəki ruslar NK islahatlarından narazıdır

Tehran Dövlət Universitetinin elmi heyət üzvləri İsraildəki rusların nazirlər kabinetinin yeni siyasətləri ilə müxalif  olduqlarını deyirlər.

Təsnim İnformasiya Agentliyi Tehran Universitetində İsrail məsələləri üzrə ekspertlərin toplaşdığı bir dəyirmi masada gündəmə qoyulan məsələlərin əhəmiyyəti barədə bir hsabat yayımlayıb.

Qərbi Asiya və Şimali Afrika məsələləri üzrə baş ekspert Seyid Hadi Burhani deyib: İsraildə 1.5 – 2 milyon rusdilli yaşayır və bu 17-20% cəmiyyət deməkdir. 1980-ci ildən sonra keçmiş SSR-dən işğal olunmuş ərazilərə toplanmış bu rusdillilərin öz qəzet-jurnalları və cəmiyyətləri var. Rəsmi Tel-Əviv nazirlər kabinetində siyasi islahatlar paketi təqdim edildikdən sonra isə bu rusdillilər müxalifət bayrağı qaldırıb. Bu isə ən azından digər müxaliflərdən əlavə, İsrailin 17-20% cəmiyyətinin narazılığı deməkdir.

H.Burhaninin sözlərinə görə İsraildə yaşayan rusdillilər maddi cəhətdən bir o qədər də imkanlı olmadıqları üçün NK-nın zəif kəsimə qarşı amansız islahatları əleyhinə qalxıblar.

Related posts

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir