İsrail strateji səhvləri üzündən süqut imzasını atdı.

İİR silahlı qüvvələrinin  sözçüsü general Əbülfəzl Şikarçı sionist rejiminin anti-iran mövqeyini psixoloji müharibə adlandıraraq İranın təcavüzkar rejimlə müharibə etməsinə ehtiyac olmadığını vurğulayaraq deyib: Həmas bütün İsrailə kifayət edər.

Əl-Aləm telekanalının məlumatına əsasən, Ə.Şikarçı müsahibəsində İranda baş verən son iğtişaşları düşmənin uzun illər çəkdiyi zəhmətin uğursuzluğu  adlandıraraq deyib:  Düşmənlərin İrana qoyduğu zəhməti hər hansı bir ölkəni məhv edə bilərdi. Amma onların bu planları İranda fiyaskoya uğradı. Elə bu səbəbdən də ölkədə xaos yaratmaq niyyəti ilə birləşsələr də hesablamaları yenə də dalana dirəndi. Çünki onlar bizim xalqı hələ də yaxşı tanımayıblar.

Generl Şikarçı həmçinin deyib: İsrail ciddi daxili problemlər yaşayır. Onlar fələstinliləri sakitləşdirməyə çalışsalar da buna nail ola bilmirlər. Rejim yaxşı bilir ki, İranın sionist rejimlə müharibəyə qalxmasına ehtiyac yoxdur. Çünki heç Hizbullah və digər fələstinli qruplar belə olmadan təcavüzkar rejimin öhdəsindən Həmas təklikdə gələ bilər.

General Şikarçı müsahibənin sonunda deyib: İsrail strateji səhvləri üzündən süqut imzasını atdı.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri