“İsrail Qafqaza girməməlidir”

İran XİN başçısı Ankarada türkiyəli həmkarı ilə keçirdiyi mətbuat konfransında ehtimali təhlükələri nəzərə alaraq, işğalçı İsrail rejiminin Qafqaz regionuna ayaq basmasını yolverilməz hesab etdiyini deyib.

İSNA-nın veridyi məlumata görə, Hüseyn Əmir Abdullahian dünən (8 mart) Ankarada Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib: Biz sionistlərin bölgədə mövcudluğunu regionda sülh və sabitliyə ciddi təhlükə hesab edirik. İran bütün tərəflərə xəbərdarlıq edir ki, saxta İsrail rejiminin davranışlarına qarşı həssas davransınlar və İsrailin bölgəyə ayaq basmasının qarşısını alsınlar.

Ekspertlərin fikrincə, İranın XİN başçısı bu açıqlamasında daha çox Azərbaycana hakim kəsilmiş rejimin qəsbkar İsrail ilə bazarlığına rəsmi Tehranın etirazını bildirmiş olub. İranın qənaətincə bu əlaqələr həm Azrbaycanın, həm də bölgə ölkələrinin ziyanınadır.

Related posts

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir

Usamə Həmdan: Rəfəhə hücum müzakirələrin dayandırılması deməkdir