İsrail Qəzza zolağına hava zərbələri endirib

Qafqaztimes xəbər verir ki, yerli Fələstin mənbələri bazar günü səhər İsrail təyyarələrinin Qəzza zolağının mərkəzindəki hədəflərə hücum etdiyini bildirib.

“Şahab” Fələstin xəbər agentliyi məlumat verib ki, İsrail pilotsuz təyyarələri Qəzza zolağında Salahuddin saytını hədəf almışdır.

Sionist rejim mediası da Qəzza zolağına hücumun bu bölgənin sionist yaşayış məntəqələri ilə sərhədində keçirilən nümayişlərə cavab olaraq edildiyini yazıb.

İsrail radiosu xəbər verir ki, ordu son zamanlar alovlu hava şarlarının atılması nəticəsində yaranan yanğınlara cavab olaraq Qəzza zolağında bəzi hədəfləri bombalayıb.

“Şahab” xəbər agentliyi xəbər verir ki, İsrail qırıcıları Qəzza zolağının şimalındakı Beyt Hanunun şərqində yerləşən Fələstin müqavimətinə aid bir mövqeyə dəfələrlə hücum etmişdir.

Bundan əlavə sionist rejim qırıcıları ötən çərşənbə axşamı səhər də Qəzza zolağının müxtəlif bölgələrinə irimiqyaslı və ağır hücumlar həyata keçirmişdir.

Related posts

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…