İsrail qəzeti: Yəmən qüvvələri tərəfindən Məribin azad edilməsi Təl-Əviv üçün təhlükədir!

Qafqaztimes xəbər verir ki, sionist qəzeti “The Jerusalem Post” Yəmən ordusu və xalq komitələri tərəfindən Məribin azad edilməsini araşdıraraq bu hadisəni sionist rejim üçün problem və təhdid hesab edib.

“The Jerusalem Post” yazıb: “Səudiyyə Ərəbistanı və İran prosesi yaxından izləyir, eyni zamanda Yəməndəki həlledici döyüş mümkün həll nöqtəsinə yaxınlaşır. Səudiyyə Ərəbistanı Ənsarullahın böyük şəhərlərin kontrolunu ələ almaması üçün Yəmənə müdaxilə etdi və o andan Ər-Riyad Yəmənin devrilmiş və qaçaq prezidenti Mənsur Hadinin qüvvələrinə dəstək olmaqla Yəmən müharibəsinin girdabına qərq oldu.”

Sionist qəzet həmçinin yazıb: Bir vaxtlar Yəməndə Ər-Riyadla yanaşı əsas rol oynayan BƏƏ indi Yəməndə fərqli bir yol tutmuş kimi görünür. Bu o deməkdir ki, Ər-Riyad müttəfiqlərinin Mərib darvazalarında məğlub edilməsi təhlükəsi ilə qarşı qarşıyadır.

“The Jerusalem Post” bölgənin coğrafi mövqeyinə işarə edərək belə əlavə edib: “Marib Səudiyyə sərhədindən bir neçə yüz kilometr aralıda yerləşir. Əgər Ənsarullah bu şəhəri ələ keçirsə, bu, Səudiyyə Ərəbistanı üçün ruh düşkünlüyü olacaqdır.”

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!