İsrail ordusu: Amerikadan unikar hərbi təchizat almışıq

Sionist rejim ordusunun sözçüsü Qəzzə müharibəsi başlandığı zamandan Amerikadan unikal modern hərbi təchizat yardımı aldıqlarından xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, Rəfəhə hücum üçün kifayət qədər silahlarının olduğunu qabarıq şəkildə bəyan edən Daniel Haqari bugünkü (9 may) mətbuat konfransında deyib: Amerika ilə bütün narazılıqlarımızı “bağlı qapı arxasında” həll etdik. Rəfəh barədə qarşıa qoyduğumuz planlar hazırdır və kifayət qədər silahımız da var. Elə bu səbəbdən də girovların geri qaytarılması üçün tezliklə əlimizdən gələni edəcəyik.

Haqari söhbətinin davamında deyib: Rəfəhə hücumlarımız davam edir və silah qaçaqçılığına ehtiyacımız yoxdur.

Related posts

Sionist qəsəbə sakinləri Qəzzə humanitar yardım maşınlarının qarşısını alıb

Sionist rəsmi: İsrail 100 illik yubileyinə çatmayacaq

16 il fasilədən sonra Əl Qəssam-Gyuati qarşılaşdı