İsrail naziri: Homoseksuallar məhdudlaşdırılmamalıdır

Qafqaztimes xəbər verir ki, İsrail Mədəniyyət və İdman Naziri Hili Tropper Haaretz-in jurnalistinə verdiyi müsahibədə feminizm və homoseksualların hüquqları barədə danışıb.

O, Ərəb ölkələri ilə münasibətlərin normallaşdırılması müqavilələrini qətiyyətlə dəstəklədiyini və mədəniyyət naziri olaraq bu müqavilələri BƏƏ, Bəhreyn, Sudan və Mərakeşə qarşı homoseksuallara təzyiqləri azaltmaq üçün bir vasitə kimi istifadə etməyə çalışacağını söyləyib.

O, həmçinin İsrailin bu ölkələrdəki homoseksualların ən vacib hamisi olduğunu və bu ölkələrdə LGBT dərnəklərinin təşkili və gücləndirilməsi üçün çalışacağını vurğulayıb.

İsrail mədəniyyət və idman naziri həmçinin belə deyib: “Düşünürəm ki, hədəflərimizdən biri, daha doğrusu vəzifəmiz bu hökumətlərə homoseksualların və qadınların da başqaları kimi yaşamaq hüququna sahib olduqlarını və onlara zülm edilməməli olduğunu başa salmağa çalışmaqdır. Onlar qanunla məhdudlaşdırılmamalıdır.”

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur