İsrail: İran pilotsuz təyyarələrinin hədəfi İsrail olub

QafqazTimes xəbər verir ki, “Russia Today”-in məlumatına görə, İsrail təhlükəsizlik rəsmiləri fevral ayında İraq üzərində izlənilən İran pilotsuz təyyarələrinin İsraildəki hədəflərə hücum etmək üçün göndərildiyini iddia edib.

Sionistlərin iddiasına görə, fevral ayında İrandan uçan və İraq hava məkanında ABŞ qırıcıları tərəfindən təqib edilən iki pilotsuz təyyarənin məqsədi İsrail hədəflərinə hücum etmək olub.

İbranicə yayımlanan “Haaretz” qəzeti hadisənin fevralın 14-də baş verdiyini, bundan sonra İsrailin İran hədəflərinə silsiləvi hücumlarına cavab olaraq İranın hücumundan qorxduğu üçün İsrailin təhlükəsizlik hazırlığının artdığını yazıb.

Bu media iki pilotsuz təyyarənin qərb marşrutunda İraq hava məkanında göründüyünü və ABŞ döyüş təyyarələri tərəfindən vurulduğunu iddia edib.

Bu yaxınlarda İraqın Ərbil şəhərində İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən ağır zərbələrə məruz qalan sionist rejim bu cür xəbərlərlə bu məğlubiyyətin nəticələrini azaltmağa çalışır.

Related posts

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…