İsrail Hələb beynəlxalq hava limanına raket zərbəsi endirib

QafqazTimes xəbər verir ki, Suriyadakı yerli mənbələr, çərşənbə günü Hələb Beynəlxalq Hava Limanında bir neçə güclü partlayışın eşidildiyini bildirib.

Suriyanın rəsmi xəbər agentliyi (SANA) bu xəbəri təsdiqləyərək Hələb səmasında bir neçə partlayış səsinin eşidildiyini və bu səsin mənşəyi ilə bağlı araşdırmaların davam etdiyini bildirib.

Suriya yerli mənbələrinin Hələb Beynəlxalq Hava Limanına hücum barədə məlumat verməsindən bir neçə dəqiqə sonra “Əl-Məyadin” kanalı öz müxbirinə istinadən Hələb hava limanının bir neçə raketlə hədəfə alındığını xəbər verib.

Əl-Məyadin-in xəbərinə görə, bu hücum yalnız maddi ziyana səbəb olub. “Şam FM” radiosu da bu hücumun məhdud dağıntılara səbəb olduğunu və insan tələfatı barədə hələ məlumat verilmədiyini bildirib.

Suriyanın rəsmi xəbər agentliyi hərbi mənbələrə istinadən xəbər verib ki, yerli vaxtla saat 20:00 radələrində sionist rejim Hələb beynəlxalq hava limanını raket hücumu ilə hədəfə alıb.

Mənbə əlavə edib ki, hücum yalnız maddi ziyana səbəb olub.

Suriya hökuməti dəfələrlə bəyan edib ki, sionist rejim və onun regional və qərb müttəfiqləri Suriya hökuməti ilə vuruşan terrorçu təkfirçi qruplara dəstək verirlər. İndiyədək Suriya ordusu dəfələrlə Suriyada yerləşən terrorçu qruplaşmalardan İsraillə məxsus silah və sursatlar aşkar edib.

Sionist rejim qırıcıları tez tez Livanın hava məkanını pozaraq və ya işğal altındakı Qolan təpələri vasitəsilə Suriyanın şərq və şimal-qərbindəki hədəflərə raket hücumları həyata keçirirlər.

Related posts

Şəhadətdən qabaq…

General Səlami: Yəmən xalqı Fələstini bacarıqla müdafiə edir/ Yəmənlilər qalib gələcək

İsrail xəstəxananı və həkimləri yandırdı – ətraflı