Fələstinli əsir 171 günlük aclıq aksiyasından sonra istəyinə çatdı

QafqazTimes xəbər verir ki, inzibati həbsinə etiraz olaraq 171 gün aclıq aksiyası keçirən 40 yaşlı fələstinli əsir Xəlil Əvavədə sionistlərin onun həbs müddətini və azad edilmə tarixini açıqlamağa məcbur olmasından sonra nəhayət aclıq aksiyasını dayandırıb.

Fələstin Əl-Yovm internet saytı yazıb ki, “Məhcə Əl-Qüds” hüquq mərkəzinin məlumatına görə, fələstinli əsir və azad edilənlərin nümayəndə heyəti ilə sionist rejimin rəsmiləri arasında əldə olunan razılaşmaya əsasən, Xəlil Əvavədə oktyabrın 2-də azadlığa buraxılacaq və onun məhkəməsiz həbsi başa çatacaqdır.

Bu razılaşmaya əsasən, qeyd olunan tarixə qədər Əvavədənin sağlamlığının tam bərpası üçün o, xəstəxanada qalacaq və xəstəxanadan sonra həbsxanaya qayıtmayacaqdır. Çünki zədələnmiş orqanların tam sağalması üçün zamana ehtiyac vardır.

Xəlil Əvavədənin vəkili Əhlam Həddad dünən qeyd edib ki, o, müvəkkilinin fiziki vəziyyətini sionist rejimin məhkəməsinə izah edib və bildirib ki, həkimlərin fikrincə, onun hər an ürəyinin dayanması və ölüm təhlükəsi vardır.

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək