İsrail həbsxanalarında fələstinli əsirlərin kütləvi cəzalandırılması

Qafqaztimes xəbər verir ki, Fələstinli Əsirlər Klubu çərşənbə axşamı günü sionist rejimin həbsxana idarəsinin müxtəlif İsrail həbsxanalarında fələstinli əsirlərə qarşı kollektiv cəzalar tətbiq etməyə başladığını bildirib.

Bu cəzalara “Gilboa” həbsxanasının 2-ci bölməsindəki əsirlərin digər həbsxanalara köçürülməsi də daxildir. Bununla əlaqədar olaraq bu palatada saxlanılan 90 məhkumdan 16 məhkum Əl-Nəqb həbsxanasına köçürülüb.

“Gilboa” həbsxanalar idarəsi, həbsxananın bütün bölmələrində televiziya proqramlarının yayımını dayandırıb. İslami Cihad hərəkatının əsirlikdə olan beş lideri isə sorğu-sual mərkəzinə köçürülüb və həbsxana kameralarında geniş axtarışa başlanılıb.

Fələstin xəbər agentliyinə (Wafa) görə, Fələstinli Əsirlər Klubu, bütün həbsxana kameralarında gərginliyin baş verdiyini bildirib. Əldə edilən faktlar, işğalçı rejimin həbsxana idarəsinin əsirlər üçün daha çox kütləvi cəza tətbiq etmək istədiyini göstərir.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya