ABŞ-da bir gecə klubundakı atışma nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb

Qafqaztimes xəbər verir ki, ABŞ-da silsilə atışma hadisələri davamı edir. Kanzas ştatının Viçita şəhərindəki bir gecə klubundan qovulan şəxs hadisə yerinə qayıdaraq atəş açmağa başlayib. Nəticədə o, bir nəfəri qətlə yetirib, yeddi nəfəri isə yaralayıb.

New York Post qəzetinin yazdığına görə, polis atəş açan şəxsin 20 yaşında bir gənc olduğunu və onun axtarışda olduğunu açıqlayıb. Çərşənbə axşamı səhər saatlarında baş verən atışma nəticəsində 30 yaşında bir kişi ölüb, yeddi nəfər isə yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Polisdən verilən məlumata görə, digər 5 nəfər isə yüngül xəsarət alıb. Bölgə polisi vətəndaşlardan qatil barədə məlumatları olduğu halda polisə məlumat verməyi istəyib.

Çikaqoda həftə sonu yeddisi uşaq olmaqla 58 nəfər güllələnib. Bu silahlı atışmalarda isə 5 nəfər həyatını itirib, qurbanlar arasında 4 yaşlı uşaq da vardır.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!