İsrail dünyanı terrorla hədələyir!

QafqazTimes.com  Kan-a istinadən xəbər verir: İşğalçı sionist rejim HƏMAS rəhbərinin müavini  Saleh Arurini terrorla hədələyib. İsrail hökuməti bu barədə Misirə xəbərdarlıq edib. Səbəb kimi fələstinlilərin Yəhudiyə və Samaryada  aqressivliyi göstərilir. Fələstin xalqının işğalçılara etirazı aqressivlik adlandırılır. İsrail təhlükəsizlik xidməti bu mesajı Misir nümayəndə heyətinə ötürüb. Cavab yubanmayıb. HƏMAS fəallarından olan İsmail Rizvan sionist rejimə cavab mesajı göndərib. O deyib ki, Aruri və ya başqa HƏMAS üzvü terror edilərsə, bütün İsrail ərazisi raket zərbələrinə məruz qalacaq. “İşğalçılar hər addımdan qabaq bunun nəticəsi barədə düşünsələr yaxşı olar” – deyib İsmail Rizvan.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir