İsrail Almaniyanı suçladı

Sionist rejimin Almaniyadakı səfiri yəhudilər və yəhudi dövlətinin Fələstini tanıyan ölkələrinin son mövqeyini bağışlamayacağını deyib.

Shafaqna internet portalının sionist rejimin Avi Hayman internet saytına istinadən verdiyi xəbərə əsasən, Ron Prosor bu gün (24 may) Avropa ölkələrinin terrorçulara arxa durduğunu qeyd edərək deyib: Növbəti qırğın zamanı onların əllərində günahsız insanların qanı olacaq. Biz bunu unutmayacağıq və bu dövlətləri bağışlamayacağıq.

Bundan başqa Portuqaliya da Fələstini tanımaq istəyir, amma bu məsələdə Avropa İttifaqı (Aİ) ölkələri arasında konsensus əldə edilməsini gözləmək niyyətindədir. Bu barədə “Lusa” Portuqaliya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat verib.

Ron Brosor həmçinin rəsmi Berlinin Fələstin barədə mövqeyini utandırıcı bir hal adlandıraraq əlavə edib: Bu zülmkarlıqdır! İsrailin özünü müdafiə etmək haqqı var. Haqqımızın müdafiəsi üçün qollarımızı bağlasalar, biz öz mövqeyimizi itirə bilərik.

Qeyd edək ki, inidiyədək Fələstini yalnız 9 Avropa İttifaqı ölkəsi tanımışdı. Bolqarıstan, Macarıstan, Rumıniya, Slovakiya, Cənubi Kipr, Malta, Polşa və Çexiya keçən əsrin sonunda bunu ediblər, o zaman onlar regional birliyin bir hissəsi deyildilər. İsveç də 2014-cü ildə Fələstini tanıyıb.

Related posts

Əbu Übeydə: Rəfəh əməliyyatı düşmənin müqavimətə məğlubiyyətidir

İhud Barak: Bir neçə həftədən sonra General Süleymaninin röyaları gerçəkləşəcək

Sionist rejim: Livan İsrailin şimalında özünə təhlükəsiz yer qurub

1 şərh

먹튀감정사 May 26, 2024 - 1:47 səhər

토토사이트추천: https://www.danews.kr/

Add Comment