İsrail 11 ABŞ diplomatının telefonunu hək edib

QafqazTimes.com Lenta-ya istinadən xəbər verir: Apple 11 ABŞ diplomatını onlara məxsus iPhone cihazlarının hək (hack) edilməsi ilə bağlı məlumatlandırıb. Telefonlar İsrailin NSO Group mərkzinin casus proqramı vasitəsilə oğurlanıb. NSO Group dünyanın İsrailə müttəfiq müxtəlif ölkələri üçün sifariş yerinə yetirir. Telefondakı faylların oğurlanması, gizli dinləmələr, koordinatların izlənməsi qrupun gündəlik işlərindəndir. Pegasus casus proqramının ABŞ nömrələrində işləmədiyini bildirən qrup əlavə açıqlama verməyib. Haker hücumu barədə məlumatlandırılan diplomatların əməliyyat zamanı ölkədə ya xaricdə olduğu məlum deyil. Apple NSO Group-un təxribatçı fəaliyyətlərinə görə İsraili məhkəməyə verməyi planlaşdırır. Çünki formal müstəqil olan qrup birbaşa İsrail kəşfiyyatının, Mossadın nəzarəti altında fəaliyyət göstərir.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir