İspaniyada nəhəng dolu yağdı: Ölən və xəsarət alanlar var (Video izlə)

İspaniyanın Jirona şəhərinə diametri təxminən 10 santimetr olan dolu yağıb.

Təbiət hadisəsi nəticəsində bir nəfər həyatını itirib.

Belə ki, dolu zamanı iri buz parçaları körpə uşağın başına düşüb.

Xəstəxanaya aparılan körpənin həyatını xilas etmək mümkün olmayıb.

Yağan dolu nəticəsində 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, avtomobilə, yaşayış evlərinə ziyan dəyib.

İspaniyalı meteoroloqlar bildiriblər ki, bu son 20 ilin ən böyük dolu yağıntısıdır.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO