İspaniyada minlərlə insan hökumət əleyhinə etiraz edir (Video izlə)

İspaniyanın paytaxtı Madridin mərkəzində hökumət əleyhinə etiraz aksiyası keçirilib.

Aksiyada ən azı 30 min insan iştirak edib.

Bu barədə Nazirlər Kabinetinin Madriddəki ofisindən məlumat verilib.

Aksiya şəhər bələdiyyəsinin yerləşdiyi Sibeles meydanında başlayıb. Bir çox iştirakçılar özləri ilə İspaniya bayraqları gətiriblər. Etirazçılar hökumətin istefasını tələb edən şüarlar səsləndiriblər. Həmçinin hazırkı baş nazir Pedro Sançesə qarşı da etirazlarını bildiriblər. Mitinqə bəzi yerli müxalifət siyasətçiləri də qatılıblar.

Aksiya təşkilatçılarının sözlərinə görə, hazırda krallıq “çətin vəziyyətdədir”. Onlar konstitusiyanın müdafiəsi, həmçinin azad və bərabər hüquqlu insanların yaşadığı vahid və çiçəklənən İspaniya üçün etiraz aksiyasına qatılmağa çağırıblar.

“Biz demokratiyamızın korlanması, dövlətimizin zəifləməsi və institutların ciddi dəyişikliyə məruz qalması barədə xəbərdarlıq edirik. Biz hakimiyyətin separatizm, totalitar populizm və ETA siyasi cəbhəsinin (Bask terror qruplaşması) davamçıları tərəfindən dəstəklənməsi və himayə edilməsinə qarşıyıq”, – deyə aksiya təşkilatçıları qeyd ediblər.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO

1 şərh

totosite Aprel 3, 2023 - 10:35 səhər

I saw your article well. You seem to enjoy totosite for some reason. We can help you enjoy more fun. Welcome anytime 🙂

Add Comment