Həmas Hərəkatının sədri İsmail Rizvan Qüds və Məscidül Əqsaya edilən hörmətsizliyə kəskin reaksiya verərək İordan çayının qərb sahilində düşmənlə mübarizənin şiddətləndirilməsinini istəyib.
Əl Aləm telekanalının məlumatına əsasən, İsmail Rizvan vurğulayıb: Bizim torpaqlarımızda düşmənin bayraq yürüşü onlara haqq qazandırmır. Qüds ərəblərin, müsəlmanların və fələstinlilərindir.
Qeyd edək ki, dünən (18 may) sionist qəsəbə sakinləri işğal olunmuş Qüdsdə işğalçı rejim rəsmilərinin iştirakı ilə bayraq yürüşü keçiriblər.
İşğalçı rejim bayraq yürüşündə fələstinlilərin hiddətindən ehtiyat edərək ciddi təhlükəsizlik tədbirləri məqsədi ilə 3500 polis qüvvəsini Qüdsdə yerləşdirib.