İslami Cihadda kütləvi həbslər başlayıb

Fələstin informasiya qaynaqları İslami Cihad Hərəkatı üzvlərinin kütləvi həbslərin başladığından xəbər verirlər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, sionist rejim hərbçiləri bu gün (23 avqust)  İordan çayı qərb sahili və Ceninin qərbində Sadiq Əbul Xeyr və Şeyx Mahir Əl Əxrəs başda olmaqla İslami Cihad Hərəkatının bir çox üzvlərinin həbs ediblər.

Məlumata görə 20 nəfər həbs olunanların əksəriyyəti zindandan çıxmış fələstinlilərdir.

Deyilənlərə görə Şeyx Əl Əxrəs elə tutulduğu andan aclıq aksiyasına başladığını elan edib.

Qeyd edək ki, sionist rejim hərbçiləri İordan çayı qərb sahilində hərbi uğursuzluqlarını anlayaraq çıxış yolunun müqavimət dəstələri üzvlərinin həbsində görürlər.

Fələstin Əsirlər Komitəsinin hesabatına görə ötən 2 gün ərzində 70 fələstinli həbs edilib.

Related posts

Qəzzəyə humanitar yardım maşınlarına hücum sionist rejimin nazirlər kabineti üzvlərinin koordinasiyası əsasında baş tutur

“İsrail Hizbullahla müharibəyə hazır deyil”

Netanyahu: Misirin Cənubi Afrika şikayətinə qoşulması təhlükəlidir