İslami Cihad sözçüsü: İsrail rejimi Qəzzada böyük sürprizlə üzləşdi

QafqazTimes xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının İordan çayının qərb sahilindəki sözçüsü Tariq İzəddin müqavimət xəttinin, xüsusilə də İran İslam Respublikasının bu hərəkatla həmrəyliyini təqdir etməklə yanaşı, Fələstin millətinin yanında olan dünyanın bütün azad insanlarına öz salamlarını çatdırıb.

İzəddin İran mediasına verdiyi müsahibədə deyib: “Biz ərəb dövlətlərinin və beynəlxalq arenanın millətimizə qarşı bu təcavüzə sükut etməsini pisləyir və bu ölkələrin susqunluğunu Fələstin xalqının qanını tökmək üçün işğalçı rejimlə ortaqlıq hesab edirik.”

İslami Cihad lideri işğalçı rejimin bu hərəkatın komandirlərini hədəfə almaq məqsədləri haqqında danışarkən deyib: “İşğalçı rejim bu müharibəyə müqaviməti və Səraya Əl-Qüdsü sıxışdırmaq və döyüşün nəticəsinə təsir edə bilmək fikri ilə daxil oldu, lakin Səraya Əl-Qüdsün sabitliyi bu rejimi təəccübləndirdi. Rejim gördü ki, onun komandirlərinin terror edilməsi bu batalyonların işğalçı rejimin təcavüzünə cavab verməsini heç vaxt dayandıra bilməz.”

İzzəddin sionist rejimin İslami Cihadın şərtlərini qəbul etməsinin səbəbləri barədə danışarkən deyib: “İşğalçı rejim bu hərəkatın komandirlərinin hədəfə alınmasının oyunun qaydalarını dəyişəcəyini və Səraya əl-Qüdsün heç vaxt hücumlarını gücləndirməyəcəyini düşündüyü üçün bu bataqlığa ilişib qaldı, lakin Səraya əl-Qüdsun ardıcıl olaraq üç gün hücumlarını böyük qüdrətlə davam etdirdiyini gördükdə heyrətləndirdi.”

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq