HƏMAS və İslami Cihad bir daha həmrəyliyə təkid etdilər

QafqazTimes xəbər verir ki, HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə və Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad əl-Nəxalə son prosesləri nəzərdən keçirmək və əməkdaşlıqları gücləndirilmək barədə razılıqlar etmək üçün görüşmüşlər.

Onlar sionist rejimlə son münaqişə və onun nəticələri, müqavimətin gücləndirilməsi və birgə koordinasiya yollarından danışmış və müqavimətin döyüş meydanındakı həmrəyliyini yüksək qiymətləndirmişlər.

Həniyyə və Əl-Nəxalə həmçinin Fələstin xalqının sabitliyi və qəhrəmancasına müqavimətini, milli, regional və beynəlxalq arenalarda siyasi səylərini yüksək qiymətləndirmişlər.

HƏMAS və İslami Cihad liderləri Qüds Briqadalarının şəhid komandirləri və son təcavüzlərdə şəhid olan insanların ruhlarına Allahdan rəhmət və məğfirət diləmiş və vurğulamışlar: “Bu qanlar hürriyyət yolunun işığı olacaq və bu komandirlərin şəhadəti ilə digərləri onların yerinə bu bayrağı ələ alıb bu yola davam edəcəklər.”

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO