İslami Cihad sionist rejimin cinayətlərinə reaksiya verdi

Fələstin İslami Cihad Hərəkatının başçılarından biri İordan çayının qərb sahilində sionist rejim hərbçilərinin tüğyanlarına, inqilabçı gənc nəsilə qarşı təcavüzkarlığını pisləyərək deyib: Heç kəs bizi müqavimətimizdən dayandıra bilməz.

Əl-Aləm telekanalının verdiyi məlumata əsasən, xızır Adnan son günlər işğal olunmuş ərazilərdə baş verən işğalçı təcavüzlərə münasibət bildirərək deyib: Müqavimət ruhlu gənclərimiz xalqımızın örnək oğullarının övladlarıdır və bu hər zaman davam edəcək.

Xızır Adnan həmçinin deyib: Fələstin xalqı oğullarının arxasında onlara dəstəkdir. Son günlərdə bizim gənclərimiz də işğalçı rejimə şücaətlə ağır zərbələr endirir.

X.Adnanın sözlərinə görə Fələstin xalqının necə vətənini müdafiə etdiyini bu gün Nablos, Rafat və Qüdsdə müqavimətlərində müşahidə etdiniz.

İslami Cihad Hərəkatının məsuliyyətli baş üzvlərindən olan Xızır Adnan söhbətinin sonunda işğalçı rejim qarşısında ruhdan düşməyərək irəliləməkdə olduqlarını da vurğulayıb.

Related posts

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib