İslami Cihad: Müqavimət qüvvələri və İran sionist düşmənə qarşı vahid cəbhədədir

Qafqaztimes xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatı rəsmi internet saytında bir açıqlamada söyləyib: “Müqavimət, işğalçı Sionist rejimə və Fələstinin işğalına qarşı İran İslam Respublikası ilə həmkarlığına təkid edir. Fələstin xalqının müqaviməti Sionist rejimin yaranmasından və Fələstinin işğalından bəri mövcuddur və bunun başqa heç bir hədəflə əlaqəsi yoxdur.”

Bəyanatda deyilir: “İran da daxil olmaqla müqavimət qüvvələri sionist düşmənə və müttəfiqlərinə qarşı vahid cəbhədə dayanıb”.

Fələstin İslam Cihadından verilən açıqlamada ayrıca vurğulanmışdır: “Biz İran İslam Respublikasının gücünün təzahürlərini təcavüzkar müharibə zamanı gördük. ABŞ Hərbi Dəniz Qüvvələrinin (İran tərəfindən) ələ keçirilməsi zamanı amerikalıların alçaldılmasını müşahidə etdik. Amerikalılar İrana və İran xalqına qarşı bütün pisliklərinə və planlarına baxmayaraq İslam İnqilabı üzərində bir qələbə belə qazana bilməmişlər.”

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Qəzza Qəssabı dünyanı xilas edəcək?