Bəhreyn xalqı Zülfiqar qılıncı ilə sionist rejimin xarici işlər nazirinə xəbərdarlıq etdi

Qafqaztimes xəbər verir ki, kütləvi informasiya vasitələri cümə axşamı İsrailin xarici işlər naziri Yair Lapidin Bəhreyn torpaqlarına səfərinə qarşı kütləvi nümayişlərin Manamanın müxtəlif bölgələrində saatlarla davam etdiyini bildirib.

Dünən günortadan sonra Bəhreyn xalqının İsrail Xarici İşlər nazirinin ölkəyə girişinə etiraz etdiklərini bildirən Bəhreyn mənbələri, cümə axşamı günü axşam Bəhreyn paytaxtının müxtəlif yerlərində etirazların saatlarla davam etdiyini xəbər vermişlər.

Bu arada, Bəhreyn mediasında İsrail Xarici işlər nazirinə mesaj olan maraqlı bir foto da yayımlanmışdır.

Bu fotoda bəhreynli nümayişçilərin əlində üzərində “Cənab Lapid! Bunun nə olduğunu bilirsənmi?” yazılmış tarixi bir hadisədən bəhs edən bir plakat müşahidə olunur.

Bu plakatda Xeyber qalasının fəthini (İmam Əlinin (ə) fitnəkar yəhudilərlə vuruşduğu bir döyüşü) xatırladan Zülfiqarın qılıncı təsvirə çəkilmişdir.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı